Texnologiyanın inkişafı, sənayeləşmə və dəyişən həyat vərdişləri bir zamanlar insanların imtina edə bilmədiyi bir çox peşəni tarixin tozlu səhifələrinə gömərkən, bəzilərinə isə yeni fürsətlər təqdim edib.
Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edən bəzi peşələr zaman keçdikcə ya yoxa çıxıb, ya da müasir dünyanın tələblərinə uyğun olaraq formasını dəyişərək günümüzə qədər gəlib çatıb. Bu çərçivədə, at arabaçısının yerini taksiçi və sürücü, karvançının yerini loqistika firmaları, makinaçının yerini kompüter mütəxəssisi, poçtalyonun yerini kuryer şirkətləri və rəqəmsal rabitə vasitələri tutub.
Bundan əlavə, yun didən şəxslərin yerini hazır yorğan istehsalçıları, səbətçilərin yerini qablaşdırma mütəxəssisləri, dülgərlərin (xarrat) yerini isə mebel istehsalçıları alıb. Su satanların yerini su satış məntəqələrinə, odunçu və kömürçülər isə yerini qaz bayilərinə verib. Küçə carçılarını sosial media mütəxəssisləri, sirk ustalarını və hoqqabazları isə rəqəmsal məzmun yaradıcıları (bloqerlər) əvəz edib.
Yox olmaq üzrə olan peşələri təqdim edirik:
İstanbul Sənətkarlar və Tacirlər Odaları Birliyinin (İSTESOB) sədri Mesut Şengün bildirib ki, peşələr zamanla formasını dəyişir. O, qeyd edib ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı siyahıya görə, 123 peşə artıq "yox olmaq təhlükəsində olanlar" sinfinə daxildir. Dövlət bu peşələri qorumaq üçün vergi güzəştləri tətbiq etsə də, günün şərtləri bu sənətləri transformasiyaya məcbur edir. Məsələn, əvvəllər əllə ərizə yazan arzuhalçılar indi kompüterdə sənəd hazırlayan şəxslərə çevriliblər.
Şengün texnologiyanın usta-şagird münasibətlərini zəiflətdiyini də vurğulayıb. O bildirib ki, sənətkarlar belə artıq uşaqlarının bu sahədə deyil, "ağ yaxalı" (ofis işçisi) olmasını istəyirlər.
Dünya miqyasında sənətkar qıtlığı yaşandığını deyən Şengün qeyd edib ki, ölkələrin hələ də elektrik ustalarına, santexniklərə və ya mebel ustalarına ehtiyacı var. Lakin gənclər bu sahələrə yönəlmədiyi üçün böyük bir boşluq yaranıb. Bu problem Avropada da var və hətta bir çox ölkələr sənət sahibi olan şəxslərə iş şəraiti qurmaq üçün oturum icazəsi belə verirlər.
Ən çox itki verən sektorlar
Məlumata görə, yorğan tikənlər, ayaqqabı ustaları, tərlikçilər və hamamçılar bu dəyişiklikdən ən çox mənfi təsir görən və üzvlərinin sayı ən çox azalan sahələrdir. Digər tərəfdən, gözəllik sektoru, nəqliyyat və qida sahələri texnoloji inkişafdan ən çox qazanan tərəf olub. Xüsusilə çatdırılma xidmətlərinin artması ilə kuryerlərin sayı kəskin çoxalıb.
Sonda Şengün əl işinin əhəmiyyətini vurğulayaraq bildirib ki, fabrik istehsalı olan bir mebel ucuz və cəlbedici görünə bilər, lakin ustanın əl işi həm daha zövqlüdür, həm də daha uzunömürlüdür. Eyni şey dərzilik üçün də keçərlidir; fabrik istehsalı geyimlər əlçatan olsa da, dərzi tərəfindən xüsusi tikilən bir kostyumu illərlə keyfiyyətini itirmədən geyinmək mümkündür.\\
Bakı 




