q
  • Bakı 15° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

“Qarşıdakı 10 il həlledici mərhələ olacaq” - Qay Rayder

WUF13

17 May 2026 | 10:54

“Qarşıdakı 10 il həlledici mərhələ olacaq” - Qay Rayder

“Yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslərin konkret mexanizmlərlə dəstəklənməsi böyük əhəmiyyət daşıyır. Qarşıdakı 10 il urbanizasiya siyasətinin effektiv icrası baxımından həlledici mərhələ olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatında siyasət məsələləri üzrə Baş katibin müavini Qay Rayder Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündə videomüraciəti zamanı səsləndirib.

O bildirib ki, əsas məqsədlərdən biri əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, yerli və regional idarəetmə orqanları arasında koordinasiyanın daha da artırılmasıdır.

Qay Rayder vurğulayıb ki, yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi yalnız müzakirələrlə məhdudlaşmamalı, konkret nəticələrlə müşayiət olunmalıdır.

BMT rəsmisi əlavə edib ki, qarşıdakı dövrdə urbanizasiya siyasətinin uğurlu icrası üçün siyasi iradə, institusional koordinasiya və davamlı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyacaq.

 


SON XƏBƏRLƏR

16 May 2026