• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

WUF13-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi - VİDEO

WUF13

23 May 2026 | 14:36

WUF13-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi - VİDEO

Məlum olduğu kimi, mayın 20-də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qalıb.

Konfransda BMT-nin Gənclər Ofisi də ilk dəfə nümayəndə heyəti ilə təmsil olunub.

Qeyd edək ki, tədbirdə indiki və keçmiş müstəmləkə ölkələrini təmsil edən 22 dövlətdən gənc tədqiqatçılar, hüquqşünaslar, səhiyyə və siyasət sahəsi üzrə mütəxəssislər, beynəlxalq təşkilat nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak ediblər.


SON XƏBƏRLƏR

22 May 2026