“Qarabağ uzun illər işğal altında qalmışdı. Oradakı bir çox tarixi tikililər, şəhərlər və rəmzi məkanlar həmin dövrdə ciddi şəkildə dağıdılmışdı. Amma türk milləti olaraq bizim bir xüsusiyyətimiz var. Dağıtmağı deyil, qurmağı sevən millətik. Buna görə də azadlıqdan sonra azərbaycanlı qardaşlarımız Qarabağın yenidən qurulması istiqamətində çox sürətli bir prosesə başladılar”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Ömər Bulut söyləyib.
O, müxtəlif forumlar üçün Qarabağda olduğunu və işğaldan azad edilmiş bölgələrdə aparılan yenidənqurma işlərini gördüyünü bildirərək deyib ki, orada infrastrukturun, xüsusilə hava limanlarının, yolların tikintisində və digər sahələrdə türk şirkətlərinin də fəaliyyəti olub”.
Bakı 




