• Bakı 21° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Azərbaycanın namizədi BMT Komitəsinin üzvlüyünə seçildi 

SİYASƏT

15 Iyun 2026 | 22:09

Azərbaycanın namizədi BMT Komitəsinin üzvlüyünə seçildi 

İyunun 15-də Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin (ICCPR) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıblar.

Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq professoru Fuad Zərbiyev səsvermənin ilk mərhələsində ən yüksək səs toplayaraq, 131 iştirakçı dövlətin dəstəyini qazanıb və Komitəyə üzv seçilib.

BMT-nin İnsan Hüquqları Komitəsi 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edən qurumdur. Komitə 18 müstəqil ekspertdən ibarət olmaqla, Pakta tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir və beynəlxalq insan hüquqları hüququnun inkişafında mühüm rol oynayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026