• Bakı 26° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Azərbaycan xüsusi müdafiə layihələrinə 2,9 milyard dollar ayırıb

SİYASƏT

16 Iyun 2026 | 13:51

Azərbaycan xüsusi müdafiə layihələrinə 2,9 milyard dollar ayırıb

Azərbaycan hökuməti 2025-ci il dövlət büdcəsindən xüsusi müdafiə layihələrinin və fəaliyyətlərinin maliyyələşdirilməsi üçün 4,866 milyard manat (2,86 milyard dollar) ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, "2025-ci il üçün Azərbaycan dövlət büdcəsinin icrası haqqında" qanunda qeyd olunub.

Qanuna əsasən, 2025-ci ildə bu cür layihələrin maliyyələşdirilməsinin həcmi 2024-cü illə müqayisədə 1,373 milyard manat və ya 39,3% artıb.

2025-ci ildə müdafiə və milli təhlükəsizliyə yönəldilən büdcə xərcləri ümumilikdə 8,068 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1,5 milyard manat və ya 22,9% çoxdur. 2025-ci ildə müdafiə xərcləri bütün büdcə xərclərinin 20,9%-ni təşkil edib (2024-cü ildə - 17,4%).

Xatırladaq ki, Azərbaycan hökuməti 2024-cü ildə dövlət büdcəsindən xüsusi müdafiə layihələrinin və fəaliyyətlərinin maliyyələşdirilməsinə 3,493 milyard manat (2,05 milyard dollar) ayırıb və bu məqsədlər üçün xərclər 2023-cü illə müqayisədə 13,8% artıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026