q
  • Bakı 13° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

BMT marjinallaşır - Tokayev

DÜNYA

17 Aprel 2026 | 15:10

BMT marjinallaşır - Tokayev

“Hazırda mühüm məsələlər üzrə danışıqlar BMT-dən kənarda aparılır, bu da beynəlxalq təşkilatın marjinallaşdırılması ilə bağlı narahatlıqlar doğurur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

O bildirib ki, hazırda vacib sual növbəti BMT baş katibinin kim olacağı deyil, təşkilatın hazırkı formada salamat qalıb-qalmayacağı ilə bağlıdır.

“Artıq bütün vacib danışıqlar BMT və digər böyük beynəlxalq təşkilatlardan kənarda aparılır. İnsanlar müəyyən paytaxtlarda, müəyyən konfrans zallarında toplaşırlar, amma BMT-də yox”, - Tokayev Antalya Diplomatiya Forumunun sessiyasında çıxış edərkən qeyd edib.

Qazaxıstan lideri hesab edir ki, bütün bunlar BMT-ni marjinallaşdırır:

“Mən çox narahatam, çünki BMT və digər beynəlxalq təşkilatlarda işləmişəm. İndi hamı növbəti BMT baş katibinin kim olacağından danışır. Bunun o qədər də vacib olduğunu düşünmürəm. Ən vacib məsələ bütün sistemin hazırkı formada qalıb-qalmamayacağı ilə bağlıdır”.


SON XƏBƏRLƏR