Azərbaycanın görkəmli və nakam şairi Mikayıl Müşfiqin Xızı rayonunda yerləşən xatirə muzeyi artıq bir neçə ildir ki, Tıx çayında baş verən sel daşqınları nəticəsində ciddi zərər görüb.
Bakıvaxtı.az bildirir ki, bu barədə şairin qohumu Reyhan İsmayılzadə məlumat verib.
Onun sözlərinə görə, sonuncu sel hadisəsi isə vəziyyəti daha da ağırlaşdırıb, muzey binasına və ətraf əraziyə ciddi fəsadlar vurub.
Reyhan İsmayılzadə bildirib ki, edilən çoxsaylı müraciətlər və keçirilən görüşlərdən sonra Mədəniyyət Nazirliyi tərəfindən muzeydə yenidənqurma işlərinin aparılması ilə bağlı cavab məktubu təqdim olunub.
Nəslin nümayəndəsi Mikayıl Müşfiqin xatirə muzeyində yaranmış vəziyyətin aradan qaldırılmasını, selin vurduğu ziyanın bərpası və muzeyin təcili şəkildə yenidən qurulmasını istəyir./Musavat
Bakı 





