• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

General-mayor vəzifəsindən BUNA GÖRƏ getdi

SİYASƏT

18 Aprel 2026 | 11:35 | Müəllif: Əli Hüseynov

General-mayor vəzifəsindən BUNA GÖRƏ getdi

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o, səhhətində yaranan problemlərlə əlaqədar olaraq Azərbaycan Ordusu sıralarından tərxis olunub.

Qeyd edək ki, Müşfiq Məmmədov Laçın rayonunda anadan olub. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının məzunudur.

General-mayor uzun illər diplomatik-hərbi sahədə fəaliyyət göstərib. O, Azərbaycanın Türkiyədəki hərbi attaşesi kimi xidmət edib, eyni zamanda Bolqarıstanda akkreditə olunmuş hərbi attaşe vəzifəsini də icra edib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026