q
  • Bakı 14° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Hörmüzdə iki ticarət gəmisi atəşə tutuldu - YENİLƏNİB

DÜNYA

18 Aprel 2026 | 16:24

Hörmüzdə iki ticarət gəmisi atəşə tutuldu - YENİLƏNİB

Hindistanın iki gəmisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin təzyiqi altında Hörmüz boğazından qərbə geri çəkilməyə məcbur olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Hindistan tankeri Silahlı Qüvvələrin xəbərdarlığına məhəl qoymadığına görə Hörmüz boğazında hədəfə alınıb. Hadisə zamanı atəş açılıb. Gəmilərdən biri 2 milyon barel İraq nefti daşıyan Hindistan super tankeridir (VLCC)", - agentlik qeyd edir.

***

14:58

Bu gün Hörmüz boğazını keçməyə çalışan ən azı iki ticarət gəmisi atəşə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ dəniz təhlükəsizliyi və gəmiçilik mənbələrinə istinadən məlumat yayıb.

Hadisə zamanı gəmilərin nə dərəcədə zərər görməsi və insidentin nəticələri hələlik dəqiq müəyyən edilməyib.

Dənizçilik və təhlükəsizlik üzrə üç mənbə bildirib ki, insident boğazdan keçid zamanı baş verib.

Lakin hücumun kim tərəfindən həyata keçirildiyi və ya hansı şəraitdə baş verdiyi barədə əlavə detallar açıqlanmayıb, araşdırma aparıldığı bildirilib.


SON XƏBƏRLƏR

17 Aprel 2026