• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Gürcüstanda qanunsuz miqrantlar saxlanıldı

DÜNYA

18 Aprel 2026 | 13:51

Gürcüstanda qanunsuz miqrantlar saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində respublika ərazisində qanunsuz yaşayan 53 əcnəbini saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, saxlanılanlar arasında Qana, Zimbabve, Hindistan, İordaniya, Keniya, Kuba, Rusiya, Türkmənistan, Türkiyə, Uqanda, Filippin və Efiopiya vətəndaşları var.

Hüquq-mühafizə orqanları qanunsuz miqrantların yaşadığı yerlərdə axtarışlar aparıblar. Həmçinin onların iş yerləri yoxlanılıb və nəticədə onların ölkədə miqrasiya qanunvericiliyini pozaraq yaşadıqları müəyyən edilib. Hazırda bütün saxlanılan şəxslər miqrantlar üçün nəzərdə tutulan müvəqqəti təcrid etmə mərkəzinə aparılıb, onların ölkədən çıxarılması istiqamətində işlər görülür.

Gürcüstanda son vaxtlar qeyri-qanuni miqrasiyaya qarşı aktiv mübarizə aparılır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya prosedurlarını və miqrantların yoxlanılması qaydalarını sadələşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026