q
  • Bakı 14° C

    7.88 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

SİYASƏT

18 Aprel 2026 | 11:31

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda panel müzakirə zamanı deyib.

O, Orta Dəhlizin bu yöndə xüsusi üstünlüyünə diqqət çəkib:

"Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük, bununla bərabər biz sülhü də düşünürük. Bölgəmizdə onillər boyu münaqişə mövcud idi. Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq, bu da bizim üçün yeni fürsətlər açır".

Xüsusi nümayəndə Zəngəzur dəhlizinin çox böyük bir layihə olduğunu deyib:

"Zəngəzur dəhlizi reallaşdığı zaman, sadəcə, Azərbaycanla Naxçıvan arasında yol deyil, Asiya ilə Avropa arasında ciddi bir bağlantı rolunu oynayacaq.

Nəticə etibarilə Cənubi Qafqaz onillər boyu sürən düşmənçilik münasibətlərindən qurtulub işbirliyi istiqamətində inkişafda olan, sülh və rifah dolu bir bölgəyə çevrilməkdədir".


SON XƏBƏRLƏR

17 Aprel 2026