Yanvar–mart aylarında Azərbaycandan Çexiyaya 355,5 min ton həcmində, ümumi dəyəri 184,3 milyon ABŞ dolları olan xam neft və neft məhsulları ixrac olunub. Bu məhsullar bitumlu süxurlardan əldə edilib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 120,4 milyon dollar (39,5%), həcmi isə 203,2 min ton (36,4%) azalıb. 2025-ci ilin yanvar–mart aylarında isə Çexiyaya 558,7 min ton həcmində, 304,7 milyon dollar dəyərində neft və neft məhsulları göndərilmişdi.
Hesabat dövründə Çexiya Azərbaycan neftini idxal edən ölkələr arasında ikinci pillədə yer alıb.
Ümumilikdə, cari ilin ilk üç ayında Azərbaycandan xarici ölkələrə 5,077 milyon ton həcmində, 2,501 milyard dollar dəyərində xam neft və neft məhsulları ixrac edilib. Bu da illik müqayisədə dəyər baxımından 836 milyon dollar (25,1%), həcm baxımından isə 934 min ton (15,5%) azalma deməkdir.
Bakı 




