Martın 19-da Xocalı şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, şəhərin mərkəzi parkında təşkil olunan bayram tədbirində Xocalı şəhərinə, eləcə də rayonun kəndlərinə köç edən sakinlər iştirak ediblər. Tədbirdə yerli sənətçilər tərəfindən musiqilər ifa olunub. Konsert proqramında şagirdlərin də ifaları olub. Novruzun rəmzləri nümayiş etdirilib.
Qeyd edək ki, bayram tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil olunub.
Bakı 

















