• Bakı 11° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan neçəncidir?

CƏMİYYƏT

19 Mart 2026 | 15:43

Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan neçəncidir?

Dünyanın ən xoşbəxt ölkələrinin adları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin sifarişi əsasında hazırlanmış "Dünyanın xoşbəxtlik hesabatı 2026" ("World Happiness Report 2026") adlı sənəddə bildirilib.

Ardıcıl doqquz ildir dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiya ilə yanaşı, ilk onluğa İslandiya, Danimarka, Kosta-Rika, İsveç, Norveç, Niderland, İsrail, Lüksemburq və İsveçrə daxildir.

Azərbaycan reytinqdə 102-ci pillədədir. Qonşu ölkələrə gəlincə, Rusiya 79, Ermənistan 89, Gürcüstan 91, Türkiyə 94, İran isə 97-ci pillədə qərarlaşıb.

Reytinqin ən sonuncu - 147-ci pilləsində isə ötən il olduğu kimi, dünyanın ən bədbəxt ölkəsi sayılan Əfqanıstan yer alıb.

Qeyd edək ki, 2012-ci ildən etibarən BMT Davamlı İnkişaf Həlləri Şəbəkəsi Qlobal Təşəbbüsü (Suistanable Development Solutions Network A Global Initiative for UN) tərəfindən hər il tərtib edilən hesabatda gözlənilən ömür uzunluğu, sosial təminat səviyyəsi, adambaşı ÜDM və s. nəzərə alınır./Teleqraf


SON XƏBƏRLƏR