Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 317,6 milyon ABŞ dolları dəyərində 151,9 min ton yük daşınıb.
Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 120,8 milyon ABŞ dolları və ya 27,5%, həcm ifadəsində isə 288,7 min ton və ya 2,9 dəfə azdır.
Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 16,038 milyon ABŞ dolları dəyərində təqribən 23,1 min ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 8,7 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm ifadəsində isə 2,8 min ton və ya 14% çoxdur.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana dəniz nəqliyyatı ilə 301,6 milyon ABŞ dolları dəyərində 128,8 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 129,5 milyon ABŞ dolları və ya 30%, həcm ifadəsində isə 291,5 min ton və ya 3,3 dəfə azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda yük nəqliyyatı vasitələri ilə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində 9,062 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları və ya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5% azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102 milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyon ton və ya 12,9% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-fevral aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dolları dəyərində 1,503 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,539 milyard ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımıdan isə 417,6 min ton və ya 21,7% azdır.
Bakı 




