• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Bu sənədlərin elektron qeydiyyatı qaydası hazırlanacaq

CƏMİYYƏT

19 Mart 2026 | 17:24

Bu sənədlərin elektron qeydiyyatı qaydası hazırlanacaq

Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası hazırlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.

    Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib ki, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.


    SON XƏBƏRLƏR