• Bakı 11° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Qalatasaray" "Liverpul"la oyuna görə UEFA-ya şikayət ünvanladı

İDMAN

19 Mart 2026 | 14:41

Qalatasaray Liverpulla oyuna görə UEFA-ya şikayət ünvanladı

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Noa Lanqın Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"a qarşı keçirilən cavab oyununda (0:4) aldığı ağır zədə ilə bağlı UEFA-ya şikayət ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə oyunun sonlarında, Lanqın top uğrunda mübarizə zamanı əlinin stadiondakı reklam çəpərlərin arasına sıxılması nəticəsində baş verib.

İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, futbolçunun barmaq falanqası qismən qopub. Güclü qanaxma və dözülməz ağrılar içində meydanı xərəkdə tərk edən niderlandlı yarımmüdafiəçi dərhal xəstəxanaya çatdırılıb.

"Qalatasaray"ın baş katibi Eray Yazqan məsələ ilə bağlı UEFA nümayəndələrinə müraciət etdiklərini bildirib: "Hüquqşünaslarımızla məsləhətləşirik və UEFA-dan təzminat tələb edəcəyik. Futbolçularımızın sağlamlığı bizim üçün prioritetdir. Tələbimiz yerinə yetirilməsə, məhkəməyə müraciət edə bilərik"./Teleqraf 


SON XƏBƏRLƏR