• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

DİM-dən buraxılış imtahanları ilə bağlı şagirdlərə ÇAĞIRIŞ

CƏMİYYƏT

19 Mart 2026 | 17:10

DİM-dən buraxılış imtahanları ilə bağlı şagirdlərə ÇAĞIRIŞ

Dövlət İmtahan Mərkəzi 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilir ki, sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.

Sorğuda 9 və 15 mart tarixlərində buraxılış imtahanı verən şagirdlər iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir.

Verilən keçiddə sorğu bölməsində iş nömrəsi (8 rəqəmli şagird kodu), soyad, ad və ata adınızı müvafiq hissələrə daxil edib sorğuda iştirak edə bilərsiniz!
https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov

Qeyd edək ki, müəllimlər və uşaqlar martın 9-da keçirilən buraxılış imtahanının əvvəlki illərlə müqayisədə çətin olduğunu qeyd edirlər. Sosial mediada aparılan müzakirələrdə xüsusilə, azərbaycan dili və riyaziyyat suallarının olduqca qəlizliyini, eyni zamanda, açıq tipli sualların çətin olduğu üçün vaxt çatmadığını qeyd edirlər.

Dövlət İmtahan Mərkəzi isə mövzu ilə bağlı sorğuya cavabında bildirmişdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkədə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.


SON XƏBƏRLƏR