• Bakı 11° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Deputat quzuların erkən yaşda kəsilməsinə qarşı çıxdı - VİDEO

CƏMİYYƏT

19 Mart 2026 | 15:28

Deputat quzuların erkən yaşda kəsilməsinə qarşı çıxdı - VİDEO

Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyasını dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bu kampaniya həm ərzaq, həm də qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, 6 ayı tamam olmamış quzuların kəsilməsi bir sıra problemlərin yaranmasına səbəb olur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər bu məsələyə daha həssas və məsuliyyətli yanaşmalıdırlar.

“Quzuların erkən yaşda kəsilməsi fermerlərə qısa müddətdə müəyyən gəlir gətirsə də, uzunmüddətli perspektivdə onların fəaliyyət imkanlarını məhdudlaşdırır. Xüsusilə dişi quzuların kəsilməsi təbii artımın qarşısını alır və heyvandarlığın inkişafına mənfi təsir göstərir”, - deyə deputat bildirib.


SON XƏBƏRLƏR