• Bakı 11° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İranda başqa siyasi fiqurlar da öldürülə bilər - BÖYÜK XƏYANƏT AMİLİ

SİYASƏT

19 Mart 2026 | 14:55

İranda başqa siyasi fiqurlar da öldürülə bilər - BÖYÜK XƏYANƏT AMİLİ

“Hər bir dövlətin münaqişə apardığı digər ölkə daxilində müəyyən casus şəbəkələri mövcuddur. Əks təqdirdə dəqiq kəşfiyyat məlumatları əldə etmək mümkün olmazdı”.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, ancaq indiki vəziyyətdə, özü də İranın güclü kəşfiyyat orqanlarına malik olması barədə məlumatların ardınca yüksək səviyyəli rəhbər şəxslərin yerinin aşkarlanması və məhv edilməsi ciddi sualların yaranmasına səbəb olur:

“İranın Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin öldürülməsi kifayət qədər mühüm hadisədir. Laricani ali rəhbər Əli Xamaneinin öldürülməsindən sonra həm SEPAH, həm də dövlətin digər qurumları arasında koordinasiya yarada biləcək və qərar verəcək səlahiyyətdə son şəxs idi. Ona görə də Xameneindən sonra Laricaninin də qətlə yetirilməsi qaranlıq məqamlardan xəbər verir”.

Müsahibimizə görə, hazırda İranda müşahidə olunan odur ki, hərbi elita tədricən öz diktaturasını qurmağa çalışır:

“Məhz Məsud Pezeşkian da Əli Laricaninin öldürülməsindən danışarkən ortada ciddi boşluğun, hətta xəyanətin olduğunu bəyan edib. Bir kəşfiyyat sistemi öz rəhbər şəxslərini qoruya bilmirsə, onda hansı təhlükəsizlikdən, xalqın qorunmasından danışıla bilər?”

Natiq Miri: Bir kəşfiyyat sistemi öz rəhbər şəxslərini qoruya bilmirsə, hansı təhlükəsizlikdən danışıla bilər?

Analitikin qənaətincə, baş verənlərdən aydın olur ki, İranda böyük xəyanət amili var və bu son deyil:

“Sabah digər siyasi fiqurlar da qətlə yetirilə bilər. Nəticədə bütün idarəetmə hərbi elitanın əlinə keçər. Bu da hərbi eskalasiyanın daha da genişlənməsi, proqnozlaşdırılmayan proseslərin yaşanması deməkdir. Hesab edirəm ki, Laricani də bu oyunun qurbanı oldu”.

Natiq Miri qeyd edib ki, görünür, SEPAH mülki dövlət idarələrinin aradan götürülməsində maraqlıdır:

“Faktiki olaraq bu gün İranda əmrləri verən, prosesləri idarə edən, hətta Əli Xamaneinin oğlunu təzyiqlə seçdirən SEPAH deyildi? Ona görə də düşünmürəm ki, bu cür fiqurların hamısı məzh ABŞ və İsrailin raket zərbələri ilə öldürülür”.

Aydın Baxış


SON XƏBƏRLƏR