• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Regionlara gedənlərə ŞAD XƏBƏR

CƏMİYYƏT

19 Mart 2026 | 11:45

Regionlara gedənlərə ŞAD XƏBƏR

20-30 mart tarixlərində Bakı - Gəncə, Bakı - Mingəçevir, Bakı - Bərdə, Bakı - Tərtər, Bakı - Sınıq Körpü və Bakı - Zaqatala istiqamətləri üzrə fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə əlavə reyslər təşkil ediləcək, sərnişindaşıma xidmətləri daha intensiv qrafik əsasında həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BakuBus" MMC məlumat yayıb.

Bildirilib ki, "BakuBus" MMC qarşıdan gələn Novruz bayramı günlərində bölgələrə səfər edən sərnişinlərin sayında gözlənilən artımı nəzərə alaraq 20-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bayram günlərində sərnişin axınının yüksək olacağı nəzərə alınaraq, bölgələrə səfər etməyi planlaşdıran vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.


SON XƏBƏRLƏR

20 Mart 2026