• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda Novruz şənliyi - FOTOLAR

CƏMİYYƏT

19 Mart 2026 | 12:00

Bakıda Novruz şənliyi - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və "Regional İnkişaf" İctimai Birliyinin təşilatçılığı ilə paytaxtda "Ruhumuza bahar gəlir" adlı Novruz şənliyi təşkil edilib.

Bu barədə Bakıvaxtı.az-a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, yerli və xarici vətəndaşlar, həmçinin uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdlərinin qatıldığı şənlik mərasimində xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb. Həmin çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub.

Eyni zamanda tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin, ponilərin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar iştirak ediblər.

Bundan başqa, populyar incəsənət nümayəndələri ilə yanaşı, rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, kəndirdartma, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Xatırladaq ki, Azərbaycanda martın 20-24-ü Novruz və Ramazan bayramları qeyd olunacaq.


Bakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLARBakıda Novruz şənliyi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026