• Bakı 11° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Meyitlərini qohumları aşkar edib - TƏFƏRRÜAT

CƏMİYYƏT

19 Mart 2026 | 11:24

Meyitlərini qohumları aşkar edib - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, ötən gün Qubada kişinin arvadını və özünü öldürüb. Həmin hadisənin bəzi detalları üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Zizik kəndində yaşayan Ağasiyevlər ailəsində əvvəllər də münaqişələrin olduğu bildirilib.

Dünən isə qətlə yetirilən Gülgəz Ağasiyevanın qohumları onunla əlaqə saxlaya bilmədikləri üçün saat 16 radələrində evinə gəliblər. Bu zaman 1970-ci il təvəllüdlü qadının əri tərəfindən qətlə yetirilməsi, daha sonra isə 60 yaşlı Ağasiyev Ceyhun İsmayıl oğlunun öz həyatına da son qoyması məlum olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir./Qafqazinfo


SON XƏBƏRLƏR

18 Mart 2026