• Bakı 11° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verildi

SİYASƏT

19 Mart 2026 | 15:17

Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verildi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistan hüquq-mühafizə orqanları tərəfindən xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən həmin ölkənin vətəndaşı Şadiyev Abdullonun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti AzərbaycanBaş Prokurorluğu tərəfindən təmin edilib.

A. Şadiyev 2025-ci ilin dekabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəxs barəsində "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərar qəbul edilib və o, 18.03.2026-cı il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.


SON XƏBƏRLƏR