Türkiyənin İzmir şəhərində Novruz şənliyi keçirilib.
Bakıvaxtı.az-ın məlumatna görə, Təbdir Azərbaycan Diasporuna Dəstək Fondu, İzmir Valiliyi, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, İzmir Böyükşəhər Bələdiyyəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) əməkdaşlığı ilə ərsəyə gəlib.
Novruz şənliyindən əvvəl Karşıyaka rayonundakı Heydər Əliyev Parkı və burada Ulu Öndərin büstü ziyarət edilib. İştirakçılar büstün önünə çiçəklər qoyaraq, Ulu Öndərin aziz xatirəsini dərin hörmətlə anıblar.
Diaspor Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiru Rəşid Məmmədov, Karşıyaka Bələdiyyə Başqanı Mustafa Evsen çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin “Bir millət-iki dövlət” anlayışı əsasında hər gün daha da gücləndiyini vurğulayıblar.
F.Muradov İzmir və ətraf bölgələrdə yaşayan 600-a yaxın azərbaycanlı ilə görüşündə onların şikayət və təkliflərini dinləyib.
Saha sonra Novruz şənliyi “Azərbaycan Gecəsi” adı ilə bədii proqramla davam edib.
Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, sənətçi Roza İbadova Kocamazın təqdimatında baş tutan konsert proqramında Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov, Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadə, tarzən Səxavət Məmmədov, kaman ustası Niyaməddin Allahverdiyev, piano ifaçısı Rəcəb Zeynalov, nağara ifaçısı Vəfadar Ramizzadə, eləcə də xanəndələr Gülzar Fərəcova və Elgiz Əliyevin ifaları dinlənilib.
Mərasim çərçivəsində Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Eşref Tuna və müstəqil jurnalist Nigar Abdullayeva (Ogeday) “Diaspor fəaliyyətində xidmətə görə”Azərbaycan Respublikasının medalı ilə təltif ediliblər.
Novruz şənliyi, həm mədəniyyətin, həm də diaspor fəaliyyətlərinin bir araya gəldiyi unudulmaz bir gün olaraq yadda qaldı. Tədbir iki qardaş ölkə arasında birliyi, milli-mənəvi dəyərlərin gücləndirilməsini və qardaşlıq əlaqələrinin daha da dərinləşməsini nümayiş etdirdi.
Bakı 


















