• Bakı 11° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Köçəryan Moskvaya güvənir: Kremlin dəstəyi sonadək olacaqmı?

SİYASƏT

19 Mart 2026 | 13:20

Köçəryan Moskvaya güvənir: Kremlin dəstəyi sonadək olacaqmı?

“Ermənistanda parlament seçkisi ərəfəsində bir-birinə qarşı olan tərəflərin güc nümayişi prosesi yaşanır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib.

Alim bildirib ki, hazırda Ermənisanda siyasi rəngarənglik var:

“Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiya ilə yanaşı, Rusiyayönümlü qüvvələr və Avropayönlü siyasi partiyalar siyasi mübarizəyə başlayıb. İndiyədək Robert Köçəryan, Serj Sarkisyan və digər keçmiş prezidentlərin rəhbərlik etdikləri siyasi təşkilatlar seçkilərlə bağlı açıq fikir bildirmirdilər. Ancaq artıq “Hayastan” bloku Köçəryanın seçkidə namizədliyini irəli sürüb. “Hayastan” fraksiyası Ermənistan parlamentində təmsil olunur. “Daşnaksütyun” partiyasının bir neçə üzvü də həmin fraksiyanın içərisindədir”.

Müsahibimiz bildirib ki, bunların hamısı açıq-aşkar formada rusyönlü təşkilatlardır. Dediyinə görə, yəni Köçəryan ölkəsində nüfuz sahibi deyil və nüfuzu çox aşağıdır:

“Keçirilən anket sorğularının nəticələrindən də aydın olur ki, Köçəryanın və onun ətrafındakıların səs faizi heç 10 faiz baryeri aşa bilmir. Amma nədənsə birdən-birə Köçəryan təkbaşına, digər müxalif siyasi qüvvələrlə birləşmədən seçkiyə qatılmaq qərarına gəldi”.

Qafar Çaxmaqlı: Köçəryan ölkəsində nüfuz sahibi deyil və nüfuzu çox aşağıdır:

Çaxmaqlının sözlərinə görə, hamı çox gözəl bilir ki, Köçəryan Rusiyanın adamıdır və onun güvəndiyi yer Moskvadır:

“Amma Rusiyanın Köçəryanın arxasında duracağı, sonadək onu dəstəkləyəcəyi sual altındadır. Çünki Rusiya Ermənistanda seçkilərlə bağlı öz emmisarını artıq göndərmişdi. 9 ay əvvəl Ermənistana göndərilən iş adamı Samvel Karapetyanın məqsədi məhz hakimiyyətə gəlmək idi. Hətta onun həbs olunması reytinqini bir qədər artırmışdı. Adətən belə olur ki, hakimiyyətə gətirmək istədikləri adamı bir qədər “məzlum” obrazına salırlar, onu “qəhrəman”a çevirirlər. Lakin Karapetyan Ermənistan vətəndaşı olmadığına görə, manevr edərək alternativ kimi Köçəryanı irəli sürdülər. Təbii ki, namizəd olmaq, seçkidə qalib gəlmək, baş nazir seçilmək anlamına gəlmir”.

Aydın Baxış


SON XƏBƏRLƏR