• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Dəmir yolu ilə beynəlxalq yükdaşımaların HƏCMİ

İQTİSADİYYAT

19 Mart 2026 | 16:29

Dəmir yolu ilə beynəlxalq yükdaşımaların HƏCMİ

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitələri ilə 458,3 milyon ABŞ dolları dəyərində 1,058 milyon ton yük daşınıb.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 68,2 milyon ABŞ dolları və ya 13%, həcm ifadəsində isə 206,025 min ton və ya 16,3% azdır.

Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 120,1 milyon ABŞ dolları dəyərində təqribən 323,1 min ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 7,639 milyon ABŞ dolları və ya 6%, həcm ifadəsində isə 92,9 min ton və ya 22,3% azdır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dəmir yolu nəqliyyatı ilə 338,2 milyon ABŞ dolları dəyərində 735,4 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 60,6 milyon ABŞ dolları və ya 15,2%, həcm ifadəsində isə 113,1 min ton və ya 13,3% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda yük nəqliyyatı vasitələri ilə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində 9,062 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları və ya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102 milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyon ton və ya 12,9% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-fevral aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dolları dəyərində 1,503 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,539 milyard ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımıdan isə 417,6 min ton və ya 21,7% azdır.


SON XƏBƏRLƏR