Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı xalq artisti Röya Ayxanın Tbilisidə planlaşdırılan konsert proqramı təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə 33event şirkəti məlumat yayıb.
Məlumatda deyilir: "Gürcüstanın Katolikos-Patriarxı, gürcü xalqının dini lideri II İlyanın vəfatı xəbəri bizi çox kədərləndirdi. Biz bu ağır itki ilə əlaqədar Gürcüstana dərin hüznlə başsağlığı veririk.
Bu kədərli günlərdə bütün ölkə bu itkini bölüşür və tam matəm içindədir. Mərhumun və gürcü xalqının xatirəsinə ehtiram əlaməti olaraq bildiririk ki, Azərbaycanın xalq artisti Roya Ayxan tərəfindən planlaşdırılan konsertimiz təxirə salınıb.
Yeni görüş tarixi: 25 may 2026.
Alınan bütün Biletlər etibarlıdır.
Biletləri geri qaytarmaq üçün əlaqə saxlayın biletebi.ge 27 mart 19.00-a qədər
Anlayışınız üçün təşəkkür edirik"./24News.ge
Bakı 




