• Bakı 11° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Roblox" Azərbaycanda qadağan olunur?

CƏMİYYƏT

19 Mart 2026 | 13:19

Roblox Azərbaycanda qadağan olunur?

Azərbaycanda "Roblox" platformasının fəaliyyəti məhdudlaşdırıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə "Roblox" qlobal platforması arasında martın 18-də keçirilən onlayn görüşdə qeyd olunub olunub.

Dövlət Komitəsi "Roblox"un uşaqlar üçün potensial öyrənmə və əyləncə mühiti olmaqdan çıxaraq ciddi sosial problemlərin mənbəyinə çevrilə biləcəyini vurğulayıb. Oyunlarda uşaqların təhlükəsizliyi baxımından hüquqa və ailə dəyərlərinə zidd məzmunların mövcudluğu ilə bağlı narahatlıq ifadə olunub. Xüsusilə 16 yaşadək uşaqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu məsələlərin aradan qaldırılmadığı təqdirdə platformanın fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılacağı diqqətə çatdırılıb.

"Roblox" nümayəndələri də səsləndirilən iradları qəbul etdiklərini və yaxın zamanda risklərin aradan qaldırılması istiqamətində əməli tədbirlərin görüləcəyini, ilkin nəticələrin artıq aprel ayından müşahidə ediləcəyini bildiriblər.


SON XƏBƏRLƏR