• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Vəfa evlənir? - “Haydı, salamat qalın” - VİDEO

ŞOU

19 Mart 2026 | 12:27

Vəfa evlənir? - “Haydı, salamat qalın” - VİDEO

Vəfa Şərifova Novruz çərşənbələrinin maraqlı adətlərindən biri sayılan “üzük falı”na baxıb.

Bakıvaxtı.az xəbər verir ki, müğənninin bununla bağlı paylaşımı qısa müddətdə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

O, üzüyünü suyun üzərinə qoyaraq falına baxıb. Həmin an üzüyün suya düşməsi, ənənəyə görə, insanın tezliklə ailə quracağına işarə kimi qəbul olunur.

“Mən getdim... Haydı, salamat qalın”, - deyən V. Şərifovanın şəxsi həyatı uzun müddətdir müzakirə olunur. Bir müddət əvvəl o, iş adamı Famil Xəlilov ilə ayrıldığını bildirib. Onların rəsmi nikahının olmadığını da məhz müğənni etiraf edib.

Cütlüyün bu münasibətdən bir qız və bir oğlu var./Yeni Sabah


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026