"Bu yaxınlarda Azərbaycan Güləş Federasiyasındakı fəaliyyətimlə bağlı dəyişiklik olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri hazırda Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru, 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev deyib.
O bildirib ki, xəbər tezliklə ictimaiyyətə açıqlanacaq:
"Təbii ki, hər kəs özü üçün ən yaxşısını arzulayır. Harada çalışacağım önəmli deyil. Məqsədim Azərbaycan güləşinə faydalı olmaqdır və bunun üçün səylə çalışacağam".
"Bu gün gənc idmançılarla, azarkeşlərlə görüşümüz oldu. İnanıram ki, bu gənclər gələcəyin çempionları olacaqlar. Öz keçdiyimiz uğur yolunu gənclərlə bölüşdük. Əminəm ki, bizim hekayələrimiz bu gənclər üçün motivasiya olacaq"./Oxu.Az
Bakı 




