Rusiya Federasiyasının Bryansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) həyata keçirdiyi dron hücumu nəticəsində yaşayış evi zədələnib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Klimovo qəsəbəsinə dron-kamikadze ilə hücum edilib. Hücum nəticəsində yaşayış evinə ziyan dəysə də, sakinlər arasında xəsarət alan olmayıb.
Məlumata görə, hadisə barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında açıqlama verib. O bildirib ki, hücum məqsədli xarakter daşıyıb və hazırda ərazidə operativ və təcili xidmətlər fəaliyyət göstərir.
Zeynəb Rzayeva
Bakı 




