• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı

SİYASƏT

19 Mart 2026 | 17:00

Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nordic-Baltic Eight" (Şimali Baltik Səkkizliyi) ölkələrinin siyasi direktorları ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

"Nordic-Baltic Eight (NB8)" ölkələrinin siyasi direktorları ilə səmərəli fikir mübadiləsi apardım. Bu, NB8-in Azərbaycana ikinci belə səfəridir və biz məmnunuq ki, NB8 ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələr inkişaf etməkdə davam edir", - paylaşımda qeyd olunub.

 


SON XƏBƏRLƏR