q
  • Bakı 13° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Bayramov əlcəzairli həmkarı ilə görüşdü

SİYASƏT

18 Aprel 2026 | 16:43

Bayramov əlcəzairli həmkarı ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər, xaricdəki milli icma və Afrika məsələləri üzrə naziri Əhməd Attaf ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafında mühüm addım kimi qiymətləndirilib.

BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri, o cümlədən Azərbaycanın CICA-ya sədrliyi və gələn il İƏT Zirvə görüşünə ev sahibliyi kontekstində müzakirə edilib.

Yaxın Şərqdə gərginliyin azaldılmasının, atəşkəsin möhkəmləndirilməsinin və münaqişələrin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.

 


SON XƏBƏRLƏR