q
  • Bakı 13° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

"Mən əmək pensiyasının davasını döyürəm"

SİYASƏT

18 Aprel 2026 | 16:59

Mən əmək pensiyasının davasını döyürəm

Bu günlərdə 70 illik yubileyini qeyd edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a geniş müsahibə verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, partiya sədri müsahibədə ona təyin olunmuş pensiyaya etirazını bildirib.

Həmin etirazın ifadə olunduğu hissəni oxucularımıza təqdim edirik:

"İki cür - yaşa və əməyə görə pensiya var. Mən əmək pensiyamın mübarizəsini aparıram. Mən dövlət vəzifələrində çalışmışam, katib, nazir, komsomolun birinci, ikinci katibi, nazir müavini olmuşam. Mənə yaşa görə kəsilən 362 manat pensiya o məmurların başına dəysin. O puldan nə olacaq? Mən əmək pensiyasının davasını döyürəm. Niyə mənim bu qədər yüksək vəzifələrdə nəzərə alınmır? 

Yəqin ki, bu, qısqanclıqdan irəli gəlir. Neyləmək olar, haqsızlıqdır. Sağlıq olsun, zaman gələr haqq-ədalət bərpa olunar. Onda çalışarıq ki, neçə illər xalqımıza, dövlətimə etdiyimiz xidmətlər müqabilində layiqli əmək pensiyası alaq. İndiki məmurlar kimi altımıza milyardlar yığmamışıq".


SON XƏBƏRLƏR