Elm adamları Qrenlandiya köpəkbalığını dünyanın ən uzun ömürlü heyvanı kimi qeyd edirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu növ köpəkbalıqları təxminən 500 il yaşaya bilir və bu, onları planetimizin ən yaşlı canlıları edir.
Mütəxəssislər bildirir ki, bu heyvanın yavaş metabolizmi və xüsusi genetik xüsusiyyətləri uzun ömrünün əsas səbəbidir.
Əlavə olaraq, Qrenlandiya köpəkbalıqları okeanların dərinliklərində yaşadıqları üçün insan fəaliyyəti və iqlim dəyişiklikləri onların ömrünü hələ də az etmir.
Əli Hüseynov
Bakı 




