• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Aİ Ermənistana 140 milyon avro ayıracaq

DÜNYA

19 Mart 2026 | 17:14

Aİ Ermənistana 140 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) və Ermənistan Aİ-nin "Davamlılıq və inkişaf" proqramı çərçivəsində 2025-2027-ci illər üçün maliyyələşdirmə sazişi imzalayıb, bu saziş İrəvana 140 milyon avro ayrılmasını nəzərdə tutur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu gün İrəvanda Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu vəsaitlər viza rejiminin liberallaşdırılması üçün zəruri olan islahatların həyata keçirilməsinə kömək edəcək.

M.Kos Ermənistanın Cənubi Qafqazda Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayaraq, geosiyasi gərginlik fonunda regionun artan əhəmiyyətini qeyd edib.

O, həmçinin Ermənistanda qarşıdakı parlament seçkiləri mövzusuna toxunaraq, bu ilin Ermənistan demokratiyası üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb: "Biz (Avropa İttifaqı - red.) hibrid təhdidlərə qarşı mübarizədə və dezinformasiya ilə mübarizədə Ermənistana kömək edəcəyik".

M.Kos Ermənistan və Azərbaycanın sülh prosesi çərçivəsində atdığı addımları alqışlayıb, regional əlaqələrin inkişafının vacibliyini vurğulayıb./Report


SON XƏBƏRLƏR