• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Dil baryeri və sosial inkişaf: Azsaylı icmalar necə adaptasiya olur?

SİYASƏT

19 Mart 2026 | 16:48

Dil baryeri və sosial inkişaf: Azsaylı icmalar necə adaptasiya olur?

Dil baryeri miqrantların və azsaylı icmaların cəmiyyətə inteqrasiyasında ən əsas əngəllərdən biridir.

İnsanlar öz ana dillərindən fərqli bir mühitdə ünsiyyət qurarkən həm gündəlik həyatda, həm də iş və təhsil sahəsində çətinliklərlə üzləşirlər.

Bu isə sosial izolyasiya, iş imkanlarının məhdudlaşması və mədəniyyətlərarası anlaşılmazlıqlar kimi problemləri doğurur.

Dil baryerini aradan qaldırmaq və miqrantların cəmiyyətə tam adaptasiyasını təmin etmək üçün genişləndirilmiş təhsil və sosial proqramlara ehtiyac vardır.  Bu proqramlar yalnız dil öyrənmə kurslarını yox, həm də mədəniyyətlərarası təlimləri, mentorluq layihələrini və ictimai inteqrasiya təşəbbüslərini əhatə etməlidir.

Dil baryerini aradan qaldırmaq üçün hansı təhsil və sosial proqramlar genişləndirilməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən dilçi Elşad Abışov deyib ki, bəzi insanlar istəsə də, əvvəlki dövrlərdə dil bariyeri miqrantların və yerli azsaylı icmaların sosial mühitə tam adaptasiyasına ciddi əngəllər yaratmışdır: 

"Bu problem hələ də mövcuddur və miqrantların gündəlik həyatda, təhsil və iş mühitində, eləcə də sosial ünsiyyətdə qarşılaşdıqları çətinliklərin əsas səbəblərindən biridir".

Elşad Abışov:  Bu yanaşma miqrantların və yerli icmaların cəmiyyətə inteqrasiyasını asanlaşdıracaq və sosial uyum prosesini sürətləndirəcək

Onun sözlərinə görə, bu problemin həlli üçün iki əsas istiqamətdə iş aparmaq məqsədəuyğundur:

"Birinci istiqamət fərdi və qrup səviyyəsində dil bacarıqlarının inkişaf etdirilməsidir. Həm yerli icmalar, həm də miqrantlar beynəlxalq ünsiyyət dilini öyrənərək danışıq bacarıqlarını formalaşdırmalıdırlar. Bu, onların düşdükləri yeni mühitə daha tez və rahat adaptasiya olmasına imkan verəcək, sosial inteqrasiyanı asanlaşdıracaq və qarşılıqlı anlaşmanı gücləndirəcək".

Həmsöhbətimiz qeyd edib ki, ikinci istiqamət isə dövlət dillərinin mənimsənilməsidir:

"Hər bir ölkədə yaşayan sosial qruplar və azsaylı icma nümayəndələri həmin ölkənin rəsmi dövlət dilini bilməlidirlər. Miqrantlar üçün bu xüsusilə vacibdir: hansı ölkəyə gedəcəklərsə və orada uzun müddət yaşayacaqlarsa, getməzdən əvvəl həmin ölkənin dilini öyrənməli və gündəlik həyatda istifadə etməyə hazır olmalıdırlar. Bu, həm onların şəxsi inkişafı, həm də sosial mühitə inteqrasiyası üçün zəruridir".

Sonda o vurğulayıb ki, dil baryerinin aradan qaldırılması həm fərdi səviyyədə bilik və bacarıqların artırılması, həm də dövlət səviyyəsində müvafiq proqramların təşkili ilə mümkündür. Bu yanaşma miqrantların və yerli icmaların cəmiyyətə inteqrasiyasını asanlaşdıracaq və sosial uyum prosesini sürətləndirəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR