• Bakı 15° C

    2.38 m/s

Makron Paris meri seçkisinə müdaxilə iddialarını rədd etdi

DÜNYA

19 Mart 2026 | 17:22 | Müəllif: Zeynəb Rzayeva

Makron Paris meri seçkisinə müdaxilə iddialarını rədd etdi

Fransa Prezidenti Emmanuel Makron Paris meri seçkisinə müdaxilə etmədiyini və bununla məşğul olmaq üçün vaxtının olmadığını bildirib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Makron yerli siyasətə qarışdığını iddia edən Sosialist Partiyasının namizədi Emmanuel Gregoirenin açıqlamalarına cavab verib. Gregoire prezidentin seçkiyə təsir göstərmək üçün ifrat sağçı namizəd Sarah Knafonu yarışdan çəkilməyə razı salmağa çalışdığını iddia etmişdi.

Məlumata görə, Knafonun yarışdan çıxması nəticəsində ikinci turda rəqabət daha da güclənib. Seçkidə sol blokdan iki namizəd və sağ blokdan isə Macronun keçmiş mədəniyyət naziri Rachida Dati mübarizə aparır.

Makron isə bu iddialara cavab olaraq qeyd edib ki, onun daha mühüm məsələlərlə məşğul olması var və yerli seçkilərə müdaxilə etmir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026