Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv Xorvatiya təmsilçisi "Mladost"un qonağı olacaq.
Qarşılaşma Zaqreb şəhərində, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın "Maritza" komandası ilə üz-üzə gələcək.
















