"Bhumçaythai” partiyasının lideri Anutin Çarnvirakul ikinci müddətə Tailandın Baş naziri seçilib. O, martın 19-da keçirilən xüsusi parlament iclasında 293 səs toplayaraq Baş nazir uğrunda yarışda rəqiblərini geridə qoyub.
Bakıvaxtı.az xəbər verir ki, dekabr ayında Tailand Kralı Maha Vajiralongkorn (X Rama) Baş nazir Anutin Çarnvirakula parlamenti buraxmaq və 2026-cı ilin əvvəlində ümumi seçkilər keçirmək üçün icazə verib. Nümayəndələr Palatasına seçkilərin Kral fərmanı verildikdən 45-60 gün sonra keçirilməsi planlaşdırılırdı. Bu müddət ərzində Baş nazir məhdud səlahiyyətlərə malik müvəqqəti hökumətə rəhbərlik etməli idi.
Anutin Çarnvirakul ötən ilin sentyabr ayında keçirilən parlament seçkilərində əsas müxalifət Xalq Partiyasının dəstəyi ilə qalib gəlib və bunun müqabilində parlamenti dörd ay ərzində buraxmaq, habelə seçilmiş Müəssislər Məclisi tərəfindən yeni Konstitusiya layihəsinin hazırlanması ilə bağlı referendum keçirmək vədi verilib. O, Kralın qərarı ictimaiyyətə açıqlanmamışdan əvvəl sosial mediada hakimiyyəti xalqa qaytarmaq istədiyini yazıb.
Bakı 




