• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna dronları Permdə iri kimya zavodunu vurdu

DÜNYA

17 Fevral 2026 | 19:17 | Müəllif: Subhan Mahmudov

Ukrayna dronları Permdə iri kimya zavodunu vurdu

Ukrayna dronları bu gecə Rusiyanın Perm diyarında yerləşən iri kimya zavoduna zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RBC-Ukraine Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Perm diyarının rəhbəri Dmitriy Maxonin hadisəni öz Telegram kanalında təsdiqləyərək bildirib ki, insident nəticəsində yerli əhali arasında xəsarət alan olmayıb.

Məlumata görə, dronların hədəfi Perm bölgəsində yerləşən Metafrax Chemicals zavodu olub. Bildirilir ki, sözügedən müəssisə Rusiya hərbi sənayesi üçün partlayıcı maddələrin və digər hərbi təyinatlı materialların komponentlərini istehsal edir.

Hadisə şahidlərinin sözlərinə görə, zavod ərazisində ən azı altı partlayış baş verib və müəssisənin işçiləri təxliyə olunub.

Qeyd edək ki, Perm diyarı Ukrayna ilə sərhəddən 1600 kilometrdən çox məsafədə yerləşir. “Metafrax Chemicals” isə Rusiya Federasiyasında və Avropada metanol istehsalı üzrə ən iri zavodlardan biri hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026