• Bakı C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

ABŞ narkotacirlərə aid gəmilərə zərbə endirib, 11 nəfər ölüb

DÜNYA

17 Fevral 2026 | 22:26

ABŞ narkotacirlərə aid gəmilərə zərbə endirib, 11 nəfər ölüb

ABŞ bazar ertəsi narkotacirlərə məxsus üç gəmiyə zərbələr endirib, nəticədə 11 nəfər ölub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Kəşfiyyat təsdiqləyib ki, gəmilər məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edib və narkotiklərin qanunsuz dövriyyəsi əməliyyatlarına qatılıb", - komandanlığın məlumatında bildirilib.

Qeyd olunub ki, gəmilərdən ikisi Sakit okeanın şərqində aşkar edilərək hücuma məruz qalıb, üçüncüsü isə Karib dənizində vurulub. (Report)


SON XƏBƏRLƏR