Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda Kanadanın Baş naziri Mark Karni müttəfiqləri NATO mexanizmləri vasitəsilə Arktikanın təhlükəsizliyini təmin etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə "X"də yazıb:
"Arktikanın — NATO-nun şimal və qərb cinahlarının təhlükəsizliyi alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə inanır ki, Arktika təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu NATO daxilində birgə işləməkdir".
Karni həmçinin bildirib ki, Kanada hökuməti vəziyyətin gərginləşməsindən narahatdır və Arktika bölgəsindəki hərbi və kritik infrastrukturunu gücləndirəcək: "Kanada bütün hallarda, o cümlədən Qrenlandiya və Danimarka Krallığına münasibətdə suverenlik və ərazi bütövlüyü prinsiplərini dəstəkləyir. Biz daim qeyd etmişik ki, Qrenlandiyanın gələcəyini yalnız Qrenlandiya və Danimarka müəyyən etməlidir".
Bakı 




