• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Latakiyada partlayış baş verib, yaralılar var

DÜNYA

17 Fevral 2026 | 17:22 | Müəllif: Əli Hüseynov

Latakiyada partlayış baş verib, yaralılar var

Suriya ordusunun Latakiya bölgəsində həyata keçirdiyi mina təmizləmə əməliyyatı zamanı bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, baş verən partlayış nəticəsində "Anadolu Agentliyi"nin müstəqil jurnalisti Şevket Akça, SANA Agentliyinin müxbiri Həsən Haşim və bir suriyalı əsgər yaralanıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb, əsgərin vəziyyətinin kritik olduğu və bir ayağının amputasiya edildiyi bildirilir.

Suriya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayaraq jurnalistlərin tezliklə sağalmağını arzulayıb və media əməkdaşlarının sahədə ciddi risklərlə üzləşdiyini vurğulayıb.

Nazirlik humanitar və media sahəsində çalışan mülki şəxslərin təhlükəsizliyinin prioritet olaraq qorunduğunu bildirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026