• Bakı 14° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Moskvada azərbaycanlı cütlüyün cəsədi TAPILDI - YENİLƏNİB

DÜNYA

17 Fevral 2026 | 17:49

Moskvada azərbaycanlı cütlüyün cəsədi TAPILDI - YENİLƏNİB

Moskvada yaşadıqları binanın qarşısında meyiti tapılan azərbaycanlı ər-arvadla bağlı bəzi təfərrüatlar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, meyiti tapılan, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir. Həyat yoldaşı, 1987- ci il təvəllüdlü Ayğün Yaqub qızı Hüseynova isə Rusuya vətəndaşıdır. Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V. Nağıyev 10 ilə yaxındır işləmək məqsədi ilə Rusiyaya gedib.

    Mərhumun nəşi bu gecə doğulduğu Ucar rayonuna gətiriləcək./APA

    ***

    2026/02/16      22:15

    Moskvada azərbaycanlı cütlüyün cəsədləri tapılıb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Moskvadakı Salaryevo Park yaşayış kompleksində evli cütlüyün cəsədləri tapılıb. Medianın məlumatına görə, onların hər ikisi intihar edib. Faciə baş verən zaman onların beş yaşlı uşağı mənzildə olub və o, faciənin şahidi olub.

    Ölənlər geyim və alt paltarı satan sahibkarlar Vasif və Aygündür. Onlar əvvəllər Xantı-Mansi Muxtar Dairəsində bizneslə məşğul olublar, lakin sonradan Moskvaya köçüb evlərinin yaxınlığında mağaza açıblar. Ölümün səbəbi hələ müəyyən edilməyib.

    Psixoloqlar uşaqla işləyirlər. Ailənin üç uşağı var.

     


    SON XƏBƏRLƏR

    03 Aprel 2026