• Bakı C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Ukrayna yeni hücum əməliyyatları planlaşdırır

DÜNYA

18 Yanvar 2026 | 21:28

Ukrayna yeni hücum əməliyyatları planlaşdırır

"Yalnız müdafiə ilə qələbə qazanmağın mümkün olmadığını bilirik. Buna görə də yeni hücum əməliyyatları planlaşdırırıq".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskı mediaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın strateji planı dəyişməyib və bütün Ukraynanın işğalını nəzərdə tutur.

Sırskı qeyd edib ki, Ukrayna strateji müdafiə əməliyyatı aparacaq, lakin eyni zamanda hücum əməliyyatları da həyata keçiriləcək.

Baş komandan vurğulayıb ki, operativ təşəbbüsün saxlanılması qarşı tərəfi əhəmiyyətli insan resursları, silah və sursat cəlb etməyə məcbur edir və bu, Ukraynanın aktiv fəaliyyətlərinin davamı üçün vacibdir.


SON XƏBƏRLƏR

17 Yanvar 2026