ABŞ Maliyyə naziri Skott Bessent ABŞ-nin NATO-da qalacağını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, o, "NBC News" kanalına müsahibəsində NATO-nun bir hissəsi olaraq qalacaqlarını ifadə edib.
Eyni zamanda nazir Vaşinqton üçün Qrenlandiyanın birləşməsinin yoxsa Şimali Atlantika alyansının daha vacib olması ilə bağlı suala birbaşa cavab verməyib.
“Bu düzgün seçim deyil”, - deyə Bessent əlavə edib.
Onun sözlərinə görə, Avropa liderləri vəziyyəti anlayacaq və ABŞ-nin təhlükəsizlik çətiri altında olmağın vacibliyini başa düşəcəklər.
Bakı 




