• Bakı C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Afrikada Rusiya media orqanlarının ofisləri açılıb

DÜNYA

20 Dekabr 2025 | 16:30

Afrikada Rusiya media orqanlarının ofisləri açılıb

"Afrikada yeni Rusiya media bürolarının və Rusiyada Afrika media qurumlarının açılması Rusiyanın Afrika ölkələri ilə münasibətlərində müsbət gündəmin inkişafına töhfə verir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya-Afrika Tərəfdaşlıq Forumunun nazirlər konfransının plenar iclasında bildirib.

Nazir qeyd edib ki, sözügedən ölkələrdə baş verən hadisələrin mediada obyektiv işıqlandırılması, rusiyalı və afrikalı jurnalistlər arasında əlaqələrin möhkəmləndirilməsi, Afrika ölkələrində yeni Rusiya media ofislərinin və Rusiyada Afrika media qurumlarının açılması və birgə təhsil proqramlarının həyata keçirilməsi Rusiya-Afrika əməkdaşlığının müsbət gündəliyinin formalaşmasına əhəmiyyətli töhfə verir.

Aynur Babazadə


SON XƏBƏRLƏR

19 Dekabr 2025